Rusiya kubokunu qazanan “Zenit”in futbolçuları qələbəni qeyd edərkən kuryoz hadisə yaşanıb.
Newsport.az-ın məlumatına görə, oyunçular kuboku başları üzərinə qaldırmaq istəyərkən onu yerə salıblar.
Kubok qazonun üstünə - yumşaq yerə düşsə də, kurustaldan hazırlandığı üçün sınıb.
Xatırladaq ki, bu mövsüm Premyer Liqanın da qalibi olan Sankt-Peterburq klubu kubokun finalında “Ximki”ni 1:0 udub.
