Premyer Liqaya yüksələn 2-ci klub bəlli oldu

İngiltərə Premyer Liqasına vəsiqə qazanan 2-ci komanda müəyyənləşib.

 

Newsport.az-ın məlumatına görə, Çempionşipin sonuncu - 46-cı turunda evdə KPR ilə 2:2 hesablı heç-heçə edən "Vest Bromviç" yenidən elitaya yüksəlib. Komanda 83 xalla mövsümü 2-ci yerdə bitirib.

 

Xorvatiyalı çalışdırıcı Slaven Biliçin rəhbərlik etdiyi komandanın ən yaxın izləyicisi "Brentford" "Barnsli"yə uduzduğu (1:2) üçün 2-ci pilləni tuta bilməyib.

 

Premyer Liqaya daha öncə "Lids" yüksəlmişdi. 3-cü vəsiqənin sahibi pley-off oyunlarından sonra bilinəcək. Pley-offda "Brentford", "Fulhem", "Kardiff" və "Suonsi" klubları mübarizə aparacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right