Zlatan futbolçuları güldürdü

Zlatan İbrahimoviç bu həftə “Milan”da 100-cü oyununu keçirib.

Newsport.az klubun Tvitter səhifəsinə istinadən xəbər verir ki, bu münasibətlə komandanın dünənki məşqində ona mükafat təqdim olunub. Mükafatı klubun texiniki direktoru Paolo Maldini təqdim edib.

Zlatan futbolçular qarşısında qısa çıxış edib və bu zaman zarafatından qalmayıb: “Komanda yoldaşlarıma təşəkkür edirəm. Onlar olmasa idi mən bu uğura nail ola bilməzdim. Xoşbəxtlikdən “Milan”da mənimlə rəqabət aparacaq oyunçu yoxdur”.

İbrahimoviçin sonuncu cümləsi ilə “Milan”lı futbolçuları güldürüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right