Məşhur klub karantinə alındı

İsveçrənin Superliqa təmsilçisi "Sürix"də futbolçular, məşqçi heyəti və işçilər karantinə alınıb.

Newsport.az-ın məlumatına görə, cümə günü klubdakı bütün heyət koronavirus testindən keçib və müsbət cavablar olub. Bu səbəbdən heyət və bütün oyunçular təcrid olunub. Koronavirus yoluxan şəxslərin sayı və adları açıqlanmayıb.

Klubun İsveçrə çempionatında "Sion" (11 iyul) və "Bazel"lə (14 iyul) oyunlarının təxirə salındığı bildirilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right