Niderlandın PSV klubu ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, komandanın hücumçusu Donyell Molen uzun müddət oynamayacaq. 20 yaşlı forvard Erediviziyanın 17-ci turunda "Feyenoord"la keçirilmiş matçda ağır zədə alıb. Klub saytı gənc ulduzun mövsümü başa vurduğunu açıqlayıb. Molen Avropa çempionatında Niderland millisinə kömək etməyəcək.
Gənc futbolçu bu mövsüm 14 oyuna 11 qol vurub, 2 assist edib.