"Qarabağ" Bolqarıstan klubuna nə cavab verəcək?

Bolqarıstan "Levski" klubu "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçevlə maraqlanır.

Newsport.az saytının məlumatına görə, sofiyalılar Ağdam klubuna təklif göndərib. "Qarabağ" ölkə kubokunun 1/4 finalında "Keşlə"yə qarşı keçirəcəyi oyundan sonra qarşı tərəfə cavab verəcək.

26 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır. Bolqarıstan millisinin üzvü 2018-ci ilin yayında Lissabonun "Sportinq" klubundan ağdamlılara keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right