Qazaxıstan çempionatında XVIII turun rəmzi komandası məlum olub.
Newsport.az-ın məlumatına görə, “Tobol”da çıxış edən Azərbaycan millisinin üzvü Emil Balayev də rəmzi komandada yer alıb.
O, sözügedən turda “Ordabası” ilə səfər oyununda (0:0) komandasını bir neçə real qoldan xilas edib.
