Aleksandr Səmədov karyerasını Azərbaycanda davam etdirə bilər. Bu barədə Rusiya mətbuatı yazıb.
Newsport.az-ın məlumatına görə, "Krılya Sovetov"la müqaviləsi başa çatan futbolçuya Azərbaycandan maraq var. Ancaq həmin klubun adı açıqlanmayıb.
Səmədovun "Krılya Sovetov"la yeni müqavilə imzalamaq variantı da mövcuddu.
"Spartak"ın yetirməsi olan Aleksandr paytaxtın "Lokomotiv", "Moskva" və "Dinamo" klublarında da çıxış edib. Əslən azərbaycanlı futbolçu 2011-2018-ci illərdə Rusiya yığmasında forma geyinib. 35 yaşlı yarımmüdafiəçi DÇ-2018-dən sonra milli karyerasını başa vurub.