"Neftçi"nin sabiq futbolçusu: "Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq"

“Neftçi”nin sabiq hücumçusu Melvin Platye Bakı klubundakı karyerasından danışıb.

Newsport.az-ın məlumatına görə, hollandiyalı futbolçu “ağ-qaralar”ın heyətində 2013-2014 mövsümündə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Albaniya “Skenderbeu”su ilə keçirilən cavab oyununu xatırlayıb:

“Doğma meydanda qolsuz heç-heçə qeydə alındığından səfərdə qalib gəlmək lazım idi. 88-ci dəqiqədə qol vurmaq üçün yaxşı fürsət yaxalasam da, başla topu boş qapıdan keçirə bilmədim. Yekun nəticədə 0:1 hesabı ilə uduzduq. Mərhələni keçsəydik, 21 min dollar mükafat alacaqdıq. Hər dəfə həmin mənzərə gözümün qabağına gələndə məni ağlamaq tutur”.

2013-2014 mövsümündə “Neftçi”nin formasını geyinən Platye hazırda İndoneziyanın "Bali Yunayted" klubunda çıxış edir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right