Newsport.az klubun saytına istinadən xəbər verir ki, Lissabon təmsilçisi "Zenit"in müdafiəçisi Luiş Netunu transfer edib. Portuqaliya millisinin üzvüylə 2022-ci ilin iyununa kimi müqavilə imzalayıb. 30 yaşlı arxa xətt oyunçusu yayda yeni komandasına qoşulacaq. Netu "Sportinq"ə azad agent statusu ilə keçib.
Qeyd edək ki, portuqaliyalı futbolçu 2013-cü ildən "Zenit"də çıxış edir.