Ayaz Quliyev "Spartak"a qayıtdı

"Rostov"un yarımmüdafiəçisi Ayaz Quliyev “Spartak”a qayıdıb.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçunun keçidi sabah rəsmən açıqlanacaq.

Moskva təmsilçisinin Ayaz üçün “Rostov”a 1 milyon avro ödəyəcəyi bildirilir. Futbolçu ilə uzunmüddətli müqavilə imzalanacağı və onun ilinə 1.2 milyon avro qazanacağı qeyd olunub.

Xatırladaq ki, 22 yaşlı futbolçu “Spartak”ın yetirməsidir. O, mövsümün əvvəlində məhz “Spartak”dan “Rostov”a keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right