Renat Dadaşov Portuqaliyada ikinci oldu

Azərbaycan millisinin və Portuqaliyanın “Eştoril” klubunun futbolçusu Renat Dadaşov Sequndada mövsümün ilk yarısının ən yaxşı gənc futbolçuları arasında yer alıb.

Newsport.az-ın məlumatına görə, 19 yaşlı futbolçu məşqçilər arasında keçirilən səsvermədə 2 səslə 2-cı yeri tutub. Renat yalnız “Benfika”nın futbolçusu Joau Filipedən geri qalıb. Jota ləqəbli oyunçu 6 səs toplayıb.

Qeyd edək ki, Dadaşov bu mövsüm Sequndada meydana çıxdığı 12 matçda 4 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right