"Sevilya"dan "Milan"a keçdi

"Milan" hücum xəttində alternativləri artırmaq üçün hərəkətə keçib.

Newsport.az-ın məlumatına görə, "qırmızı qaralar" "Sevilya"dan Luis Murielin keçidində anlaşma əldə edib. Kolumbiya millisinin üzvü Milan təmsilçisində icarə əsasında çıxış edəcək. Müqavilənin müddəti mövsümün sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, əndəlüsiyalılar Murieli 2017-ci ildə "Sampdoria"dan 20 milyon avroya transfer edib. 27 yaşlı hücumçu cari mövsüm 19 oyuna 4 qol vurub, 4 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right