Azərbaycanlı futbolçunun "Spartak"a keçidi rəsmiləşir

Rusiyanın "Spartak" klubu azərbaycanlı futbolçu Ayaz Quliyevi heyətinə qatmağa yaxındır.

Newsport.az-ın məlumatına görə, Moskva təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün klubu "Rostov"la razılıq əldə edib. "Spartak" Quliyevin keçidi üçün klubuna 60 milyon rubl (təxminən, 770 min avro) ödəyəcək.

Qeyd edək ki, Ayaz  yayda yetirməsi olduğu "Spartak"dan "Rostov"a 500 min avro qarşılığında keçib. O, 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right