"Mançester Yunayted"in yeni baş məşqçisinin adı açıqlandı

İngiltərənin "Mançester Yunayted" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, portuqaliyalı Joze Mourinyonun istefaya göndərilməsindən sonra "qırmızı şeytanlar" sabiq futbolçusuna tapşırılıb.  Komandanın yeni baş məşqçisi bu yaxınlarda karyerasını başa vuran Maykl Karrik olacaq. O, mövsümün sonuna qədər komandanın "sükanı arxası"nda olacaq. 

Klub rəhbərliyi həmin müddətə qədər baş məşqçi axtarışlarını davam etdirəcək. "Mançester Yunayted" Karriki rəhbərliyi altında uğurlu çıxışla yadda qalsa, onunla da müqavilə imzalana bilər.  

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 12 il "Mançester Yunayted"in uğurları üçün çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right