"Arsenal" "Qarabağ" üçün başladı: Özil geri döndü

Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"ı qəbul edəcək "Arsenal" matçın hazırlıqlarına başlayıb. 

Newsport.az xəbər verir ki, London klubunun zədəli futbolçusu Məsut Özil sıraya qoşulub.

Son dəfə bir ay əvvəl - noyabrın 11-də "Vulverhempton"la matçda meydana çıxan yarımmüdafiəçi son dörd oyunu buraxıb. Türk əsilli futbolçunun “Qarabağ”la oyunda iştirak edib-etməyəcəyi fiziki hazırlıq üzrə məşqçinin rəyindən asılıdır.

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" oyunu dekabrın 13-də Londondakı "Emireyts" stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right