Kosovonun baş məşqçisi: "Liderliyi qorumaq asan olmayacaq"

"UEFA Millətlər Liqasının qrup mərhələsində iki oyunumuz qalıb. Malta və Azərbaycanla çətin oyunlarımız olacaq".

Newsport.az-ın məlumatına görə, bu sözləri UEFA Millətlər Liqasında millimizlə eyni qrupda yer alan Kosovonun baş məşqçisi Bernard Şalland deyib. İsveçrəli mütəxəssis qrupda liderliyi qorumağın çətin olduğunu deyib:

"Liderliyi qorumaq asan olmayacaq. Maltanın Bakıda göstərdiyi oyun məni yaxşı mənada təəccübləndirdi. Açığı, onların uzaq yola görə səfərdə yaxşı nəticə qazanacaqlarını düşünmürdüm. Bizi də çətin görüş gözləyir”.

Qeyd edək ki, Kosovo bu gün Maltanın qonağı olacaq, 3 gün sonra isə millimizi qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right