Fərid Nəbiyev Çexiya çempionatının bombardiridi!

Futbol üzrə Çexiya Gənclər Liqasında XIV turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın futbolçusu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya”nın U-21 komandası səfər oyununa çıxıb. 

Praqa təmsilçisi “Pribram” kollektivi ilə üz-üzə gəlib.  Görüş qonaq komandanın qələbəsi ilə (2:3) başa çatıb.  “Slaviya” ilk hissədə hesabda geridə (2:1) olsa da, oyunda dönüş yaratmağa nail olub.  Praqalılara qələbə qazandıran qollara Fərid Nəbiyev imza atıb.  “Qəbələ Futbol Akademiyası”nın yetirməsi 60-cı dəqiqədə bərabərlik, 68-ci dəqiqədə isə qələbə qolunu vurmağı bacarıb.

Bu, həmyerlimizin mövsüm ərzində vurduğu 10-cu qolu olub.  Gənc oyunçu bu gün vurduğu iki qolla bombardirlik yarışında liderliyə yüksəlib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right