Newsport.az xəbər verir ki, bu sözləri "Sportinq"in ulduzu Bruno Fernandes Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə deyib. "Record"a danışan 24 yaşlı yarımmüdafiəçi qarşılaşmanın çətin keçəcəyini deyib: "Bizim üçün oyunun çətin keçəcəyini düşünürəm, amma fikrimcə, zəfər bizim olacaq və Avropa Liqasına 3 xalla başlayacağıq".
Qeyd edək ki, "Sportinq" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə 23-00-da baş tutacaq.

























