Kosovonun ulduzu millimizə qarşı oynamayacaq

Millətlər Liqasında sentyabrın 7-də Azərbaycan və bundan 3 gün sonra Farer adaları ilə qarşılaşacaq Kosovo yığması ciddi itkiylə üzləşib.

Newsport.az-ın məlumatına görə, komandanın ulduzu Valon Berişa zədə səbəbindən sözügedən oyunlarda millisinə kömək etməyəcək.

"Latsio"nun futbolçusunun bu həftədən məşqlərə başlayacağı gözlənilsə də, bu, baş verməyib. Bu səbəbdən 25 yaşlı futbolçu millinin baş məşqçisi Bernard Şallan tərəfindən yığmaya çağırılmayıb.

Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu sentyabrın 7-si Bakı Olimpiya Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right