"Qəbələ" 8 əskiklə hazırlaşır

Azərbaycan Premyer Liqasının 3-cü turundan sonra istirahətə buraxılan "Qəbələ" məşqləri bərpa edib.

Newsport.az-ın məlumatına görə, "Sumqayıt"la görüşün ardından məşqlərinə 4 günlük ara verən "qırmızı-qaralar" dünən Bakıda bir araya gəlib.

Hazırlığı paytaxtda gerçəkləşdirən Sənan Qurbanovun yetirmələri "Bakı" FK-nın bazasında məşq edib. Komanda avqustun 30-da keçirilən hazırlıq prosesində fiziki çalışmalar və toplu məşqlə kifayətlənib. Bugünkü məşq isə toplu hərəkətlərdən ibarət olub. Milli komandaların heyətinə dəvət olunan futbolçuların qatılmadığı hazırlığa klubun U-19 komandasının bir neçə üzvü də qatılıb.

Xatırladaq ki, Cavid Hüseynov, Ürfan Abbasov, Təmkin Xəlilzadə, Rauf Əliyev Azərbaycanın əsas, Amin Seydiyev, Bəhlul Mustafazadə U-21 milli komandasına, Sabien Lilay Albaniya, Lalavele Atakora Toqo yığmasına çağırılıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right