"Monako"nun yarımmüdafiəçisi Joao Moutinyo karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, Portuqaliya millisinin üzvü "Vulverhempton"la 2 illik müqavilə imzalayıb. 31 yaşlı futbolçunun transferi "canavarlar"a 5 milyon funt-sterlinqə başa gəlib.
Qeyd edək ki, Moutinyo 2013-cü ildə 25 milyon avroya "Portu"dan "Monako"ya transfer edilmişdi.