"Everton"dan 55 milyon avroluq transfer

İngiltərə Premyer Liqasında çıxış edən "Everton" heyətini gücləndirib.

Newsport.az-ın məlumatına görə, Liverpul təmsilçisi "Uotford"dan Riçarlisonu transfer edib. Braziliyalı vingerin keçidi 55 milyon avroya başa gəlib. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Riçarlison "Everton"da 30 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Riçarlison 2017-ci ildə "Fluminense"dən "Uotford"a 11,2 milyon funt-sterlinqə transfer edilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right