Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın transfer hədəfində olan zimbabveli hücumçu yekun qərar vermədiyini söyləyib: "Nə edəcəyimi bilmirəm. Doğru qərar vermək üçün agentimlə məsləhətləşirəm. Ümid edirəm ki, düzgün seçim edəcəyik. Mən bunun üçün tanrıya dua edəcəm. Tələsmək istəmirik".
Qeyd edək ki, 27 yaşlı futbolçuya "Mamelodi Sandaunz" müqavilə uzatmaq təklifi edib. Billiat yekun qərarını növbəti günlərdə verəcək.