Milan "İnter”i müdafiəçisi Karlos Auqusto ilə yeni müqavilə imzalayıb.
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı braziliyalı futbolçu ilə anlaşmanın müddətini 2031-ci il iyunun 30-dək uzadılıb. Onun əvvəlki müqaviləsi 2028-ci ilin yayında başa çatmalı idi.
Qeyd edək ki, 2024-cü ildən “İnter”də çıxış edən Auqusto cari mövsüm A seriyasında 10 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.