“Mançester Yunayted” hücumçusu Markus Reşfordla yollarını ayırmağı planlaşdırır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, transfer dəyəri 35 milyon avro qiymətləndirilən ingiltərəli futbolçu “Everton” və “Fənərbaxça”nın hədəfindədir.
“Mançester Yunayted”in qışda yeni hücumçu transfer etməyi planlaşdırması Reşfordun komandadan ayrılması ehtimalını artırır.
29 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada 6 oyuna çıxıb. Onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.