Meksikalı futbolçunun İngiltərədən 2 “elçi”si var

Meksika “Tijuana”sının vingeri Jilberto Mora karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu ilə “Liverpul” və İngiltərənin hazırkı çempionu “Arsenal” maraqlanır. Moranın mümkün transferinin qış fasiləsində reallaşması istisna edilmir.

Meksikalı yarımmüdafiəçi 2024-cü ilin yayından “Tijuana”da çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.

Moranın bazar dəyəri 25 milyon avro qiymətləndirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right