“Nyukasl” səhmlərinin 25 faizə qədəri satışa çıxarıla bilər

İngiltərə Premyer Liqasında çıxış edən “Nyukasl” klubunda yeni investorların cəlb olunması gündəmə gəlib.

Newsport.az xəbər verir ki, 2021-ci ildə klubu satın alan Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) səhmlərin 25 faizə qədərini yeni investorlara açmağı planlaşdırır.

“Financial Times”ın məlumatına görə, satışdan əldə olunacaq vəsait klubun infrastruktur layihələrinə, xüsusilə də stadionun yenilənməsinə və inkişafına yönəldiləcək.

Məlumata əsasən, prosesin idarə olunması üçün Amerikanın “JP Morgan” investisiya bankı cəlb edilib. Plan çərçivəsində mövcud səhmlərin satılması deyil, klub tərəfindən yeni səhmlərin buraxılması nəzərdə tutulur.

Qeyd edək ki, PIF-in idarəçiliyi dövründə “Nyukasl” idman nəticələrində ciddi irəliləyiş əldə edib. Komanda iki dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb, 2025-ci ildə isə İngiltərə Liqa Kubunun qalibi olub.

Hələlik nə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu, nə də “Nyukasl” rəhbərliyi məsələ ilə bağlı rəsmi açıqlama yayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right