Poçettino: “Vəziyyəti dəyişəcəyimizə inanıram”

“Mançester Yunayted”in baş məşqçisi Maurisio Poçettino komandasının hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, mütəxəssis UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Sportinq”lə oyundan əvvəl keçirilən mətbuat konfransında komandasının zəif olmadığını bildirib.

“Biz kövrək komanda deyilik. Güclüyük. Bunu ötən mövsüm İngiltərə Premyer Liqasını üçüncü pillədə başa vurmaqla sübut etdik. Məhz həmin nəticələr sayəsində indi Çempionlar Liqasında çıxış edirik. Futbolda müxtəlif səbəblərdən belə hallar baş verə bilər. İndi əsas məsələ bunun səbəblərini müəyyənləşdirməkdir. Bunun üzərində çalışırıq. İnanıram ki, mövcud vəziyyəti dəyişə biləcəyik”, – deyə Poçettino vurğulayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right