İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi

İsrail “Qalatasaray” azarkeşlərinin Fələstinə dəstək məqsədilə açdığı bannerlərlə bağlı UEFA-ya şikayət ünvanlayıb.

Newsport.az xəbər verir ki, bu haqda "The Atletic" məlumat yayıb.

UEFA Çempionlar Liqasının “Aston Villa” ilə matçından (1:0) əvvəl Türkiyə təmsilçisinin azarkeşləri tribunalarda Qəzzaya dəstək ifadə edən bannerlər nümayiş etdiriblər. Bannerlərdə “Qəzzanı unutmayın, soyqırıma səssiz qalmayın”, “Qəzza, sən bəşəriyyətin ləyaqəti, şərəfi və qürurusan” və “Azad Fələstin” şüarları yer alıb.

Klubun prezidenti Dursun Özbek İsrail hökumətinin bu səbəbdən UEFA-ya müraciət etdiyini bildirib. O, Fələstin xalqına dəstəklərinin davam edəcəyini vurğulayıb: “Biz əzilən insanlara dəstək olmağa davam edəcəyik və fələstinlilərin çəkdiyi əzablara səssiz qalmayacağıq. Bu, siyasi mövqe deyil, insanlıq və vicdan məsələsidir”.

D.Özbek UEFA-nın şikayətə baxmayacağına ümid etdiyini də söyləyib. UEFA nümayəndələri isə məsələ ilə bağlı şərh verməkdən imtina edərək, Fələstin simvollarının istifadəsinə icazə verildiyini və onların təxribat xarakteri daşımadığını bildiriblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right