"Beşiktaş" Avroliqa oyununa ciddi itki ilə çıxacaq

"Beşiktaş" UEFA Avropa Liqası Liqa mərhələsinin V turu çərçivəsində İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə üz-üzə gələcək.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itki ilə çıxacaq. Müdafiəçi Emmanuel Aqbadu komandaya kömək edə bilməyəcək.

Fil Dişi Sahili milli komandasının üzvünün dizində yüngül zədə var. 29 yaşlı mərkəz müdafiəçisi həftəsonu "Qalatasaray"la keçiriləcək Super Liqa matçına kimi hazır olacaq.

"Beşiktaş" Emmanuel Aqbadunu bu ilin fevralında "Vulverhempton"dan 18 milyon avroya transfer edib. Təcrübəli futbolçu cari mövsümdə "qara qartallar"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Beşiktaş" - "Hapoel" qarşılaşması 26 noyabr tarixində Gürcüstanın Batumi şəhərində keçiriləcək və Bakı vaxtı ilə saar 21:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right