Xosep Qvardiola İtaliya millisinin baş məşqçisi vəzifəsinə təyin olunması ilə bağlı danışıqlar apardığını təsdiqləyib.
“Bəli, İtaliya Futbol Federasiyası ilə danışmışdım. Bu barədə ilk dəfədir ki, açıq şəkildə danışıram. Mənim üçün böyük şərəf idi. İtaliya kimi bir milliyə, İtaliya kimi bir ölkəyə “yox” demək mənə utancverici gəlirdi. Onların məni İtaliya millisinin baş məşqçisi ola biləcək şəxs kimi nəzərdən keçirmələri karyeramın ən böyük şərəflərindən biridir. Lakin onlar mənə məhz fasilə verməyə ehtiyac duyduğum bir vaxtda müraciət etmişdilər. Bir-iki il sonra müraciət etsəydilər, yəqin ki, razılıq verərdim”, – deyə Qvardiola açıqlamasında bildirib.