“Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola İtaliya millisinin baş məşqçisi vəzifəsi ilə bağlı danışıqlar apardığını təsdiqləyib.
Newsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis "Romario TV"yə aşıqlamasında bildirib ki, həmin vaxt istirahətə ehtiyacı olduğu üçün təklifi qəbul etməyib.
“Bəli, İtaliya ilə danışmışdım. Bu barədə ilk dəfə açıq danışıram. Mənim üçün böyük şərəf idi. İtaliya kimi bir milliyə və ölkəyə yox demək, utancverici idi. Onların məni milli komandanı çalışdıra biləcək şəxs kimi görməsi karyeramın ən böyük şərəflərindən biridir. Lakin həmin vaxt fasilə verməli idim. Bir-iki il sonra müraciət etsəydilər, yəqin ki, razılaşardım”.– deyə Qvardiola bildirib.
Qeyd edək ki, İtaliya Futbol Federasiyasının nümayəndələri iyulda Qvardiola ilə görüşərək ona millini çalışdırmağı təklif ediblər. Mütəxəssis 2016-cı ildən 2026-cı ilə qədər “Mançester Siti”nin baş məşqçisi olub.