“Qalatasaray” UEFA Çempionlar Liqasının liqa mərhələsində növbəti qələbəsini qazanıb.
İstanbul təmsilçisi doğma meydanda “Aston Villa”nı minimal hesabla (1:0) məğlub edib.
Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçdan sonra “Qalatasaray”ın baş məşqçisi Okan Buruk qələbəni şərh edib:
“Biz çox keyfiyyətli komanda olduğumuzu göstərdik. Futbolçularımla qürur duyuram. Avropanın ən yüksək səviyyəli turnirində çıxış edirik və burada qələbə qazanmaq asan deyil. Qarşıya qoyduğumuz məqsədə çatmaq və növbəti mərhələyə yüksəlmək üçün əzmlə çalışırıq”.
“Qalatasaray” bu qələbədən sonra xallarının sayını 9-a çatdırıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.