Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı

“Bavariya” futbolçusu Camal Musialanın səhhəti ilə bağlı rəsmi açıqlama yayıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 22-də məşq zamanı yenidən huşunu itirən yarımmüdafiəçinin vəziyyəti ilə bağlı noyabrın 24-də onun nümayəndələri ilə görüş keçirilib.

Bildirilib ki, futbolçunun sağlamlığı hər iki tərəf üçün əsas prioritetdir və ona bərpa prosesi boyunca hərtərəfli dəstək göstəriləcək.

Açıqlamada son günlər yayılan məlumatlara da aydınlıq gətirilib. Qeyd olunub ki, Musialanın nevroloji simptomlarla bağlı ilk müayinəsi hələ 2025-ci il aprelin 22-də, klubun tibbi departamenti ilə razılaşdırılaraq aparılıb.

Tərəflər müzakirələri qarşılıqlı əməkdaşlıq və məxfilik prinsipləri əsasında davam etdirmək barədə razılığa gəliblər.

Maraqlı məqam budur ki, Musialanın səhhətindəki problem ictimaiyyətə açıqlanandan xeyli əvvəl – 2025-ci ilin aprelindən məlum imiş. Sadəcə klub və futbolçu bunu ictimaiyyətə açıqlamayıb.

Xatırladaq ki, Musiala 2026-cı ilin avqustundan bəri üçüncü dəfə huşunu itirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right