AFFA II Liqa klublarını cərimələdi

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az PFL-ə istinadən xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

22.11.2026-cı il tarixində II Liqada XII turun “Ağstafa Gəncləri” – “Hypers” oyununun 88-ci dəqiqəsində “Ağstafa Gəncləri” komandasının 1 nömrəli futbolçusu Elgün Əmiraslanov hakimi təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Ağstafa Gəncləri” komandası 1000 manat cərimə edilsin (maddə 52.4); 

22.11.2026-cı il tarixində II Liqada XII turun “Ağstafa Gəncləri” – “Hypers” oyununda “Ağstafa Gəncləri” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

22.11.2026-cı il tarixində II Liqada XII turun “Şirvan” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

23.11.2026-cı il tarixində II Liqada XII turun “Şəmkir” – “Ağdaş” oyununda “Ağdaş” komandasının cəzalı rəsmisi Ruslan Hüseynov hakimlərə təzyiq göstərdiyinə görə cəzasının üzərinə 4 oyun əlavə edilsin, “Ağdaş” komandası 600 manat cərimə edilsin (maddə 52.3).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right