"Qalatasaray"ın hücumçusu Dəniz Gül əməliyyat olunub.
Newsport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunun "Aston Villa" ilə matçında (1:0) zədələnən 22 yaşlı forvardın burnunda qırıq aşkarlanıb. O, bu gün uğurlu əməliyyat edilib..
Xatırladaq ki, "Qalatasaray"a "Aston Villa" üzərində qələbə (1:0) qazandıran qolun müəllifi Deniz Gül olub. Qol epizodu zamanı “Aston Villa”nın futbolçusu Nikolas Ceksonun təpiyi Gülün burnuna dəyib.