“Qəbələ”nin sabiq oyunçusu Polşada işləyəcək

“Sabah” və “Qəbələ”nin sabiq futbolçusu Zurab Oçiqava məşqçiliyə başlayıb.

Newsport.az xəbər verir ki, ukraynalı keçmiş müdafiəçi Polşada fəaliyyət göstərəcək.

2025-ci ildə 29 yaşında “Qəbələ”dən ayrıldıqdan sonra futbolçu karyerasını başa vuran Oçiqava “Lexiya” klubu ilə anlaşıb. O, həmyerlisi Vladislav Lupaşkonun başçılıq etdiyi məşqçilər korpusuna cəlb olunub. “Lexiya”da köməkçi məşqçi təyin olunan Oçiqava rəqiblərin oyununu təhlil etməklə yanaşı, futbolçuların fərdi şəkildə inkişaflarına cavabdehlik daşıyacaq.

Qeyd edək ki, Zurab Oçiqava 2021-2023-cü illərdə “Sabah”ın, 2023-2024 mövsümündə isə “Qəbələ”nin formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right