“Neftçi” basketbol klubu heyətini amerikalı Treyon Ceykobla gücləndirib.
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
196 sm boya malik müdafiəçi Florida Beynəlxalq Universitetinin (FIU) yetirməsidir.
Ceykob Avropa karyerası ərzində Böyük Britaniya, Finlandiya, Avstriya və Danimarka klublarının formasını geyinib. Onun son komandası isə Danimarka təmsilçisi “Horsens IC” olub.