İstanbul derbisinin hakimi açıqlandı

Türkiyə Super Liqasının 13-cü turu çərçivəsində keçiriləcək "Beşiktaş" - "Qalatasaray" matçının təyinatları açıqlanıb.

Newsport.az xəbər verir ki, İstanbul derbisini Oğuzhan Çakır idarə edəcək. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

Çakıra yan xətlərdə Anıl Usta ilə Bersan Duran köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Alper Akarsu yerinə yetirəcək.

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasarat" qarşılaşması noyabrın 30-da "Beşiktaş Park" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right