"Sabah"ın kapitanı Stas Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox qurtarış edən qapıçıdır.
Newsport.az-ın məlumatına görə, 33 yaşlı qolkiper 5 turda 31 "seyv"lə yadda qalıb.
"Bayquşlar"ın kapitanı bu göstəricidə bütün rəqiblərini geridə qoyub.
Xatırladaq ki, "Sabah" ötən gün turnirin Liqa mərhələsinin V turunda Bakıda İspaniya təmsilçisi "Barselona"ya uduzub - 1:4.
Daha əvvəl İngiltərənin "Mançester Yunayted" (0:4), Almaniyanın "Borussiya" (Dortmund) və Norveçin "Vikinq" (1:4) klublarına məğlub olan Azərbaycan çempionu Çexiyanın "Slaviya" komandasını 2:0 hesabı ilə üstələyib.
"Sabah" növbəti oyununu dekabrın 8-də səfərdə "Vilyarreal"a (İspaniya) qarşı keçirəcək.