Meksikada 26 yaşlı futbolçu öldürüldü

Meksikalı futbolçu Luis Alberto Rios Çaves həvəskar komandalar arasında keçirilən oyundan sonra güllələnərək öldürülüb.

Newsport.az xəbər verir ki, bu barədə Meksikanın “TV Azteca” telekanalı məlumat yayıb.

Hadisə noyabrın 22-də Quanaxuato ştatının İrapuato şəhərindəki “La Estrelya” futbol meydançasında baş verib. Motosikletlə gələn silahlı şəxslər oyun başa çatdıqdan sonra idman kompleksinin ərazisində olan futbolçuya atəş açıblar.

26 yaşlı Çaves aldığı güllə yaralarından hadisə yerində dünyasını dəyişib. Hücum nəticəsində daha bir nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Cinayəti törədən şəxslər hadisə yerindən qaçıblar. Polis araşdırmalara başlayıb. Cinayətin motivi hələlik müəyyənləşdirilməyib.

Qeyd edək ki, Rios Çaves əvvəllər Meksika çempionatının aşağı liqalarında “Atletiko San-Fransisko” klubunda çıxış edib. O, son vaxtlar həvəskar “Arandas” komandasının formasını geyinirdi, eyni zamanda “Loros” futbol akademiyasında uşaq məşqçisi kimi çalışırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right