“Mançester Yunayted”in kapitanı Bruno Fernandes komandanın baş məşqçisi Maurisio Poçettino barədə fikirlərini bölüşüb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı mütəxəssisin iş prinsiplərini bəyəndiyini bildirib:
“O, təcrübəli, ehtiraslı və məqsədyönlü bir mütəxəssisdir. Onun fəlsəfəsi xoşuma gəlir. O, həqiqətən qələbə qazanmaq və özünün ən yaxşı versiyasına çevrilmək istəyir. Mən də eyni yanaşmanı bölüşürəm. İnanıram ki, bizim üçün ən vacib məqam baş məşqçinin ideyalarına əsaslanaraq, yenidən qələbə qazanmağa imkan verəcək tarazlığı tapmaqdır”.
“Mançester Yunayted” növbəti oyununu noyabrın 28-də, Premyer Liqanın 12-ci turu çərçivəsində “Brentford”a qarşı keçirəcək.