Spalletti 4:1 hesablı qələbədən tam razı qalmayıb

“Yuventus”un baş məşqçisi Luçano Spalletti UEFA Avropa Liqasının liqa mərhələsində “Omoniya”ya qarşı keçirilən oyundan sonra fikirlərini bölüşüb. Turin təmsilçisi Kipr klubunu 4:1 hesabı ilə darmadağın edib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis qarşılaşmanın əvvəlində komandasının inamsız təsir bağışladığını bildirib:

“Matçın əvvəlində bir qədər tərəddüdlü oynayırdıq və rəqib bundan istifadə etdi. Andrea Kambiasonun möhtəşəm qolu oyunun gedişatını dəyişdi. Bundan sonra komandamız özünə inam qazandı. Dərhal optimal formaya düşmək asan deyil. Bəzi futbolçular uzun müddət oynamayıblar. Daimi oyun praktikası olmadan buna nail olmaq çətindir. Bununla belə, bir neçə gözəl qol vurduq və meydanda yaxşı təsir bağışladıq”.

Spalletti komandanın hücumçusu Jeff Ehatorun çıxışını da dəyərləndirib:

“Ehator yaxşı oyun keçirdi, baxmayaraq ki, ilk hissədə ona kifayət qədər tez-tez ötürmə verilmirdi. Bəzən topa həddindən artıq uzun müddət nəzarət edirik və bununla da hücumçunun işini çətinləşdiririk. Belə olduqda forvardın boş zonalar tapması da çətinləşir”.

“Yuventus” Avropa Liqasında hazırda 13 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right