Bu gün Misli Premyer Liqasında 13-cü tura start veriləcək.
Newsport.az xəbər verir ki, ilk oyun günü 2 görüş keçiriləcək.
Əvvəlcə "İmişli" "Şəfa"nı qəbul edəcək. Komandaların ilk dövrədəki oyununda "imişli" 1:0 hesabı ilə qalib gəlib. Bu, "Neftçi"nin cari mövsümdə yaganə məğlubiyyətidir.
Turun mərkəzi matçında isə lider "Neftçi" "Zirə" ilə üz-üzə gələcək. İlk dövrədə keçirilən oyunda "Zirə" "Neftçi"ni üstələyib - 1:0.
27 noyabr
Misli Premyer Liqası, 13-cü tur
14:30. "İmişli" – "Şəfa"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov, Nicat İsmayıllı (VAR), Zöhrab Abbasov (AVAR)
Yevlax şəhər stadionu
19:00. "Neftçi" – "Zirə"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov, Kamal Umudlu (VAR), Şirmamed Mamedov (AVAR)
"Palms Sports Arena"