“Tottenhem”in futbolçusu ötən mövsüm haqda: “Çətin dövr idi”

“Tottenhem”in yarımmüdafiəçisi Arçi Qrey komandanın ötən mövsüm İngiltərə Premyer Liqasındakı uğursuz çıxışını dəyərləndirib.

Newsport.az “Tottenham World”-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu çətinliklərlə üzləşdiklərini, məşqçi dəyişikliyi və zədələrin nəticələrə təsir etdiyini bildirib:

“Əlbəttə, çox ağır mövsüm idi. Bir neçə dəfə baş məşqçimiz dəyişdi. Çempionata yaxşı başladıq, ancaq sonradan zədələr və digər problemlərlə üzləşdik. Özümüzə inamımızı itirirdik və bəzən qələbəyə inanmadan meydana çıxırdıq. Çətin dövr idi. Sadəcə, rəqiblərimizin xal itirməsinə ümid edirdik”.

“Tottenhem” ötən mövsüm Premyer Liqanı 41 xalla turnir cədvəlinin 17-ci pilləsində başa vurub. Roberto De Zerbinin rəhbərlik etdiyi komanda cari mövsümdə isə 11 turdan sonra 15 xalla 10-cu sırada qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right