“Bornmut” təəccübləndirir

İngiltərənin “Bornmut” klubu bu mövsüm uğurlu çıxışı ilə diqqətləri cəlb etməkdədir.

Newsport.az xəbər verir ki, Marko Rozenin komandası Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda İspaniyanın “Selta Viqo” klubunu 2:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə bütün turnirlərdə ardıcıl 10 qələbə qazanıb.

"Opta"nın məlumatına görə, ardıcıl ən azı 10 qələbə qazanan sonuncu Premyer Liqa klubu “Aston Villa” olub. Birmingem təmsilçisi 2025-ci ilin noyabr-dekabr aylarında ardıcıl 11 oyunda qalib gəlib.

“Bornmut” 11 turdan sonra 18 xalla Premyer Liqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right