Ronaldo, Messi və Mbappeni etiraza çağırdı

PSJ-nin sabiq yarımmüdafiəçisi Jerom Roten dünya futbolunun ulduzlarını FİFA prezidenti Canni İnfantinoya qarşı birləşməyə çağırıb. Newsport.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
 
Fransalı keçmiş futbolçu hesab edir ki, İnfantinonun vəzifəsindən uzaqlaşdırılması üçün təşəbbüsü məhz dünyanın tanınmış futbolçuları ələ almalıdır: “Futbol oyunçulara məxsusdur. Əgər ulduzlar – Kriştiano Ronaldo, Lionel Messi və Kilian Mbappe birləşərək etiraz etsələr, ilk addım kimi meydana çıxmaqdan imtina edə bilərlər. 15 günlük tətil elan edin, onda İnfantinonun necə vəzifəsindən uzaqlaşdırıldığını görəcəksiniz”.
 
Onun fikrincə, FİFA-nın hazırkı prezidenti idmanın inkişafından daha çox kommersiya maraqlarına üstünlük verir. Roten hesab edir ki, İnfantino futbolun özünü arxa plana keçirərək təşkilatın fəaliyyətini biznes maraqları üzərində qurub.
 
Qeyd edək ki, müxtəlif qalmaqallarla gündəmə gəlməsinə rəğmən, İnfantino qarşıdakı prezident seçkilərində qalib gəlmək üçün əsas favoritlərdən biri hesab olunur.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right