"Zirə" "İmişli" ilə heç-heçə etdi, "Sabah" "Sumqayıt"a qalib gəldi Yenilənib

Milli komandaların oyunları ilə bağlı Misli Premyer Liqasında yaranan 12 günlük fasilə başa çatıb.

Newsport.az xəbər verir ki, bu gün çempionatda 2-ci dövrəyə start verilib.

12-ci turun ilk oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "İmişli" "Zirə"ni qəbul edib. Qonaqlar iki qolla hesabda önə çıxsalar da, meydan sahibləri Seyxan Fərəcovun dublu ilə bərabərliyi təmin edib. Fərəcov hər iki qolu penaltidən vurub.

Digər görüşdə isə "Sabah" "Sumqayıt"ın qonağı olub. Matçda paytaxt təmsilçisi 5:1 hesablı qələbə qazanıb. Bu qalibiyyət sayəsində "Sabah" turnir cədvəlində liderliyə yüksəlib.

20 noyabr (cümə)

19:00.“Sumqayıt” – “Sabah” - 1:5 

Qollar: Ksander Severina, 22 (0:1), Sedrik Badolo, 30 (1:1), İvan Lepiniça, 42 (1:2), Timoteuş Puxaç, 55 (1:3), Aleksey İsayev, 67 (1:4), Xəyal Əliyev, 75 (1:5)

Qırmızı vərəqə: Lukas Blek, 32 ("Sumqayıt")
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

14:30.“İmişli” – “Zirə” - 2:2 

Qollar: Davit Volkov, 44 (0:1), Rikardo Martins, 55 (0:2), Seyxan Fərəcov, 71-pen. (1:2), 76-pen. (2:2)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev
VAR: Kamranbəy Rəhimov
AVAR: Kərim Zeynalov
Yevlax şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right