Braziliya yığmasının sabiq futbolçusu həbs edildi narkotik ittihamı

Braziliya qadın millisinin sabiq üzvü, 32 yaşlı yarımmüdafiəçi Gabi Morais ölkənin ən güclü cinayətkar qruplaşmalarından olan “Comando Vermelho”nun pul yuma sxemində iştirakda şübhəli bilinərək saxlanılıb. Newsport.az xəbər verir ki, o, Fortalezada keçirilən polis əməliyyatı çərçivəsində tutulub. 
 
Morais Fortalezanın Lagamar məhəlləsindəki “Adega Revoada GM” barından cinayət gəlirlərinin gizlədilməsi üçün istifadə edib. Polis onun yerli narkotik ticarətində də fəal rol oynadığını, qardaşı JP Lagamar ləqəbli şəxsin isə narkotikləri digər məhəllələrə yaydığını iddia edir. Qardaş da əməliyyat zamanı həbs olunub. Təxminən iki il davam edən istintaq nəticəsində narkotik pullarını gizlətmək üçün istifadə edilən müəssisələr şəbəkəsi aşkarlanıb. 
 
Morais “Korinthians”da 2022 və 2023-cü illərdə Braziliya qadınlar çempionatını qazanıb, Portuqaliyada “Braqa” və “Famalikan”, ABŞ-da isə “Sky Blue” klublarında çıxış edib.  
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right